AZ

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Andromed Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə şəhid ailələrinin övladları, 1 nömrəli tam orta internat məktəbi və 10 nömrəli sanatoriya tipli internat məktəbinin valideyn himayəsindən məhrum olmuş uşaqları üçün “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov uşaqları bayram münasibətilə təbrik edib. O, çıxışında bildirib ki, müasir dövrdə uşaq problemlərinin həlli və uşaq hüquqlarının qorunmasının qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün ölkəmizdə zəruri şəraitin yaradıldığını qeyd edən Araz Xudadanov onların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-uşaq siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Bayram tədbiri çərçivəsində musiqi nömrələri təqdim olunub, müxtəlif əyləncəli oyunlar təşkil edilib.

Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Seçilən
31
1
yeniazerbaycan.com

2Mənbələr