AZ

Komitə sədri: 40 minədək uşaq maarifləndirici tədbirlərə cəlb olunub

Bakı, 1iyun, AZƏRTAC

Uşaq hüquqlarının müdafiəsi istiqamətində 704 təlim, seminar, konfrans və görüş keçirilib, 10 sosial layihə icra olunub.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda keçirilən konfransda səsləndirib.

Komitə sədrinin sözlərinə görə, "Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi uşaqların ən çox maraq göstərdiyi layihələrdən biridir.

"Layihə çərçivəsində Astara, Beyləqan, Bərdə, Şəmkir və Zaqatala rayonlarının 25 kəndini əhatə edən maarifləndirmə görüşləri təşkil olunub və 700-ə yaxın uşaq bu layihədən bilavasitə yararlanıb”, - deyə Bahar Muradova əlavə edib.

Müxbir - Səbinə Əlizadə
Fotoqraf - İlqar Cəfərov
Operator - Ceyhun Mustafayev
Seçilən
7
azertag.az

1Mənbələr