AZ

Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İyun ayı başlasa da, bazarlarda alça, pomidor, tənək yarpağı və digər mövsümi məhsulların qiymətinin hələ də yüksək qalması istehlakçıların diqqətini çəkir.

Adətən yazın sonu və yayın əvvəlində bu məhsulların bazara çıxışı artdıqca qiymətlərin enəcəyi gözlənilsə də, bu il vəziyyət fərqlidir. 

Həm hava şəraiti, həm istehsal xərcləri, həm də bazara məhsul çıxışının gözlənilən səviyyəyə çatmaması qiymətlərə təsir edən əsas amillər sırasındadır.

Bəs iyun həftəsinin birinci gününə daxil olmağımıza baxmayaraq qiymətlərin yüksək qalmasının əsas səbəbləri nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, iyun ayının başlanmasına baxmayaraq bəzi mövsümi məhsulların qiymətlərinin yüksək qalmasının əsas səbəblərindən biri bu il müşahidə olunan əlverişsiz hava şəraitidir:

“Uzun müddət davam edən yağışlar, dolu və temperatur dəyişiklikləri bir sıra bölgələrdə məhsuldarlığa mənfi təsir göstərib. Nəticədə bazara çıxarılan məhsulun həcmi gözləniləndən az olub.

Alça, pomidor və tənək yarpağı kimi məhsullarda qiymətin formalaşmasına təkcə mövsüm amili deyil, həm də təklifin həcmi təsir edir.

Əgər məhsul bazara kifayət qədər çıxarılmırsa, tələbat yüksək qaldığı üçün qiymətlər də aşağı düşmür. Xüsusilə erkən mövsüm məhsullarında bu hal daha çox müşahidə olunur.

Qiymətlərin enməməsinin digər səbəbləri arasında istehsal xərclərinin artması, suvarma, nəqliyyat və əmək xərclərinin yüksəlməsi də var. Fermerlərin çəkdiyi xərclər artdıqca bu, son qiymətlərə də təsir göstərir.

Bununla belə, hava şəraiti normallaşar və məhsul yığımı genişlənərsə, yaxın həftələrdə bazara daha çox məhsul daxil ola bilər”.

İqtisadçı qeyd edib ki, bu halda təklif artacaq və qiymətlər üzərində müəyyən ucuzlaşma təzyiqi yaranacaq:

“Ancaq qiymətlərin nə qədər enəcəyi məhsulun həcmi və bazardakı ümumi təklif-tələbat balansından asılı olacaq”.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

məhsullar Akif Nasirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr