AZ

Türkiyə iqtisadiyyatında cari ilin I rübündə 2,5 faiz artım qeydə alınıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 1 iyun, AZƏRTAC

Cari ilin yanvar-mart ayları ərzində Türkiyənin ÜDM artımı 2,5 faiz təşkil edib.

AZƏRTAC Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına istinadən xəbər verir ki, ilin ilk aylarında Türkiyə iqtisadiyyatının ən sürətlə böyüyən sektoru informasiya və kommunikasiya texnologiyaları sahəsi olub və burada artım tempi 9 faizi keçib. Birinci rübdə kənd təsərrüfatı sektoru 4,8 faiz, maliyyə və sığorta sektoru 3,5 faiz artıb. Sənaye sektoru isə 0,8 faiz yavaşlayıb.

Türkiyənin yanvar-mart aylarında mal və xidmət ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz, idxal isə 2 faiz azalıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azertag.az

2Mənbələr