AZ

Barak Obamanın "İnstagram" hesabı ələ keçirildi

Naməlum şəxs Barak Obamanın ABŞ-də prezident olduğu dövrlərə aid rəsmi "Instagram" hesabını sındırıb.

Qaziler.az xəbər verir ki, bu barədə ilk olaraq siyasətçinin səhifəsindəki qəribəliyə diqqət yetirən "TMZ" portalı məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-nin keçmiş liderinin hesabında bazar günü qəribə məzmunlar peydə olub. Sonradan bunun hakerin əməlindən qaynaqlandığı məlum olub.

Portalın məlumatına görə, naməlum şəxs bir neçə paylaşım edib. Paylaşımlar arasında süni intellekt vasitəsilə hazırlanmış və fars dilində "Ağ Ev şiələrin nəzarəti altındadır" kimi şərhin yazıldığı şəkil də yer alıb.

"Meta" şirkətinin nümayəndəsi hesabın sındırılması faktını təsdiqləyib. O, səhifə üzərində nəzarətin artıq bərpa olunduğunu bildirib.

Barak Obamanın sözügedən hesabdakı sonuncu qanuni paylaşımı onun prezidentliyinin son günü — 20 yanvar 2017-ci il tarixində edilmişdi.

QAZİLER.AZ

Seçilən
34
qaziler.az

1Mənbələr