AZ

Azər Baxşəliyevin xanımından duyğusal paylaşım - FOTO

Mərhum aktyor Azər Baxşəliyevin həyat yoldaşı Nigar Baxşəliyeva sosial şəbəkədə qızları Züleyxa ilə bağlı təsirli paylaşım edib.

Musavat.com xəbər verir ki, Nigar Baxşəliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə övladını təbrik edərək ona ünvanladığı duyğusal sözlərlə diqqət çəkib.

O, paylaşımında qızının həyatındakı ən böyük dəyər olduğunu vurğulayaraq bunları yazıb:

"Mənim Züleyxam, sən həyatımın ən gözəl səbəbi, ən böyük gücüsən. Üzündən gülüş heç vaxt əskik olmasın. Hər gün sənə bayram olsun. Bunun üçün əlimdən gələni edəcəyəm".

Paylaşım qısa zamanda izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Züleyxaya xoş arzularını çatdırıb, eyni zamanda Nigar Baxşəliyevaya dəstək mesajları ünvanlayıblar.

Könül
Musavat.com

“Sən“Sən“Sən
Seçilən
32
musavat.com

1Mənbələr