Livanda atəşkəs ABŞ ilə razılaşmanın əldə olunmasının əsas şərtidir.
"Far.Az" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai brifinqində bəyan edib.
"Livanda atəşkəs müharibənin dayandırılmasına yönəlmiş istənilən razılaşma üçün zəruri şərtdir və biz bunda israrlıyıq", - Bəqai vurğulayıb.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Ordusuna (IDF) Beyrutun cənubundakı Dahiyə rayonundakı obyektlərə zərbələr endirmək barədə göstəriş verdiyini bəyan etmişdi.