
İran və ABŞ qarşılıqlı mesajlaşmalar zamanı Tehrana müharibə dövründə dəymiş ziyanın ödənilməsi üçün vəsaitlərin ayrılması mexanizmini müzakirə edirlər və bu bənd yekun razılaşmaya daxil edilə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Esmail Baqai məlumat verib.
"Memorandumun bəndlərindən biri müharibənin vurduğu ziyandan sonra bərpa işləri üçün zəruri şəraitin yaradılmasıdır. Bu məsələ ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir. Danışıqlar zamanı müzakirə olunan mövzulardan biri də zərərin kompensasiya edilməsi və bərpa işlərinin aparılması üçün müəyyən məbləğin ayrılmasıdır", — deyə o, mətbuat konfransı zamanı bildirib.
Məryəm Quliyeva