AZ

"Liverpul" istefaya göndərilən Slota milyonlar ödəyəcək - MƏBLƏĞ

"Liverpul"un baş məşqçi postundan istefaya göndərilən Arne Slota hansı məbləğdə təzminat ödəniləcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "De Telegraaf" yayıb.

Məlumata görə, İngiltərə nəhəngi niderlandlı mütəxəssisin hesabına 8 milyon avro köçürəcək. 

Slotun "Liverpul" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. 47 yaşlı mütəxəssis mersisaydlıların "sükanı arxası"na 2024-cü ilin yayında gətirilmişdi. Komanda onun rəhbərliyi altında çıxdığı 113 matçda 66 qələbə, 18 heç-heçə və 29 məğlubiyyətlə diqqət çəkib. "Liverpul" son mövsümdə İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yeri tutub.

Nihat

Seçilən
17
fanat.az

1Mənbələr