AZ

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlanıb

2026-cı ilin yanvar-aprel aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 306,1 milyard manatı, sayı isə 53,9 milyonu ötüb.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünə nisbətdə aparılan əməliyyatların məbləği 27,2 faiz artıb, sayı isə 7,8 faiz azalıb.

Cari ilin ilk 4 ayında AZİPS vasitəsilə 688 min əməliyyat üzrə 287 milyard manat, XÖHKS vasitəsilə 33,07 milyon əməliyyat üzrə 16,8 milyard manat, AÖS ilə isə 20,2 milyon əməliyyat üzrə 2,22 milyard manat həcmində ödəniş həyata keçirilib.

Seçilən
48
vergiler.az

1Mənbələr