AZ

İdxal olunan ərzaq mallarında bahalaşma gözlənilirmi?

Azərbaycan bir sıra təməl ərzaq məhsulları (kərə yağı, bitki yağları, taxıl, qənd-şəkər xammalı və s.) üzrə hələ də xarici bazarlardan asılıdır.

Azpost.info bildirir ki, beynəlxalq təşkilatların (BMT-nin FAO təşkilatının) proqnozları və regional proseslər idxal inflyasiyası riskini aktiv saxlayır.

Qlobal qiymət artımları burada əsas rol oynayır. Yaxın Şərqdə davam edən gərginliklər və qlobal logistika zəncirindəki qeyri-sabitlik daşıma xərclərini artırır. BVF-nin son hesabatlarına görə, məhz idxal olunan ərzaq qiymətlərinin artması fonunda ölkədə ümumi inflyasiyanın ilin sonuna doğru bir qədər də arta biləcəyi proqnozlaşdırılır.

Bundan başqa dünyada şəkər və bitki yağlarının alt indeksindəki artım yerli bazarda da marqarin, günəbaxan və qarğıdalı yağlarının qiymətinə təzyiq edir. Rusiya və regional tərəfdaşlardan idxal edilən bəzi ərzaq növlərində logistika və gömrük xərclərinin artması daxili bazarda qiymətlərin kəskin enməsinin qarşısını alırş

Ekspertlərin fikrincə, hazırda Azərbaycanda ümumi inflyasiya nəzarət olunan səviyyədə (orta illik 4.8% – 5.5% civarında) proqnozlaşdırılsa da, ərzaq qrupunda qiymətlərin daha həssas qalması gözlənilir. Daxili istehsal tam gücü ilə bazarı təmin edənə qədər xarici bazarlardakı hər bir dalğalanma rəflərə yansımağa davam edəcək.

Samir Abdulla

AzPost.az

Seçilən
19
azpost.info

1Mənbələr