Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Aqrar Tədqiqatlar Mərkəzində maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi insan hüquqlarının təşviqi, müdafiəsi və təmini işinə diqqəti daha da artırmaqdır.
XQ xəbər verir ki, tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktor müavini Namiq Şalbuzov bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsində ulu öndər Heydər Əliyev müstəsna rol oynayıb. Qeyd edib ki, hazırda prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Azərbaycanda normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət yeni çağırışlara uyğun olaraq həyata keçirilir.
ATM-in elmi katibi Akif Vəliyev bildirib ki, Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində hüquqi baza yaradılıb. Qeyd edib ki, Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Görüşdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qəbul olunmuş normativ hüquqi sənədlər və ATM-də əməkdaşların hüquqlarının təmin olunması vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.