AZ

Daha 2 marşrut üzrə avtobuslar yeniləndi

Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini "Koroğlu" NMM ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların avtobusları yenilənib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

İyunun 1-dən hər 2 müntəzəm marşrut üzrə müasir avtobuslar fəaliyyətə başlayıb. pizza sifarişi

161 nömrəli marşrut üzrə 10 avtobus, 162 nömrəli marşrut üzrə isə 9 avtobus 9-10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır.


Telegram kanalımız
Seçilən
16
15
yenisabah.az

10Mənbələr