AZ

Əkrəm İmamoğlu: “Kılıcdaroğlu əmrləri Ərdoğandan alır”

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Türkiyədə hakimiyyətin məhkəmə vasitəsilə CHP-nin qurultayının nəticəsinin ləğv etdirərək, Kamal Kılıcdaroğlunun sədr postuna gətirməsi  olayına bu partiyanın hazırda həbsdə olan prezidentliyə namizədi Əkrəm İmamoğlu münasibət bildirib.

Gununsesi.info–nun xəbərinə görə, Əkrəm İmamoğlu Kamal Kılıcdaroğlunu prezident Ərdoğanın adamı adlandırıb:

“O, Ərdoğanın əmrlərini alır və tərəddüd etmədən onlara tabe olur”.

“Mütləq etibarsızlıq” hökmünü eşidəndə özünüzü necə hiss etdiniz” sualına İmamoğlu belə cavab verib:

“Eyni anda bir neçə hiss keçirdim… Hamı kimi, mən də əvvəlcə qəzəb hiss etdim. Partiyamla birlikdə milyonlarla insanın səsvermə qutusunda ifadə etdiyi iradəyə hücum edildiyinə qəzəbləndim. Məhkəmə zallarında qanun və ədalət deyil, siyasi mühəndisliyin dövr etdiyini görəndə kədərləndim. Utanmağı necə hiss etməyi unudanlara qarşı da hisslərimdə utanc var idi. Məhkəmə qərarı ilə təkcə Cümhuriyyət Xalq Partiyasının iradəsinə deyil, həm də bu ölkədə demokratiya ümidinə, seçkilərə gedən milyonlarla insanın vicdanına və millətin qərar vermək hüququna utanmadan müdaxilə edənlərə və qanun adı altında onlara yol açanlara qarşı utandım”.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr