AZ

Dəridə saralma hansı xəstəliyin əlaməti ola bilər? -Açıqlama

Əczaçı Sento Seqarra insanların dəridə yaranan qəfil saralmanı ciddi qəbul etməsi lazım olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, həkim bu haqda "Daily Mail"ə danışıb.

Onun sözlərinə görə, bu hal mədəaltı vəzi xərçənginin ilkin əlamətlərindən biri ola bilər.

Mütəxəssis izah edir ki, şiş öd yollarını sıxaraq öd axınının qarşısını ala bilər və nəticədə dəridə və göz ağlarında saralma müşahidə olunur.

Seqarra əlavə olaraq aşağıdakı simptomlara diqqət yetirməyə çağırır: sidiyin tündləşməsi, nəcis rənginin açılması, qarın yuxarı hissəsində ağrı, səbəbsiz çəki itkisi və yağlı qidalardan sonra həzm problemləri.

Onun sözlərinə görə, mədəaltı vəzi xərçəngi çox vaxt gec mərhələdə aşkarlandığı üçün ölüm riski yüksəkdir. Buna görə də insanlar bu əlamətləri stress, qidalanma pozğunluğu və ya susuzlaşma kimi səbəblərlə qarışdırmamalı, vaxtında həkimə müraciət etməlidirlər.

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr