AZ

Sosial mediada 16 yaş qadağası qüvvəyə minib

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Malayziyada 16 yaşdan aşağı şəxslərin sosial media platformalarına girişini məhdudlaşdıran yeni qayda qüvvəyə minib. 

"Cebheinfo.az" xəbər verir ki, yeni tənzimləməyə əsasən, ölkədə fəaliyyət göstərən və aralarında “Facebook”, “Instagram”, “TikTok” və “YouTube”-un da olduğu sosial media platformaları istifadəçilərin yaşını təsdiqləyən sistemlər qurmağa məcburdur. 

Malayziya Rabitə və Multimedia Komissiyası bildirib ki, bu gündən qüvvəyə minən qaydalar çərçivəsində platformalara yaş təsdiqləmə sistemlərini tətbiq etmələri üçün keçid müddəti veriləcək. 

Gəncləri sosial mediadakı zərərli məzmundan qorumağı hədəfləyən yeni qaydanın təxminən 8 milyon sosial media istifadəçisinə təsir göstərəcəyi bildirilir. Qanunun tələblərinə əməl etməyən sosial media şirkətləri 2,5 milyon dollara qədər cərimə ilə üzləşə bilər.

Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan aşağı şəxslərin sosial media platformalarından istifadəsini qadağan edən qanunu tətbiq edən ilk ölkə olmuşdu. İndoneziya isə mart ayında oxşar qərar qəbul edərək Cənub-Şərqi Asiyada bu praktikanı tətbiq edən ilk ölkə kimi tarixə düşüb. 

Polşa, Danimarka, Fransa, İspaniya, Yunanıstan və Böyük Britaniya da daxil olmaqla bir sıra Avropa ölkələri analoji məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr