AZ

“Məqsəd sürücülərin avtomatik davranışını pozmaq və onları sürəti azaltmağa təşviq etməkdir” Rəy

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Dünyanın müxtəlif ölkələrində bəzi yol nişanlanmalarından sürücülərin diqqətini artırmaq, sürəti azaltmaq və piyada keçidlərinin təhlükəsizliyini yüksəltmək məqsədilə uzun illərdir istifadə olunur. Böyük Britaniyada, xüsusilə London və digər şəhərlərdə piyada keçidlərinə yaxın ərazilərdə ziqzaq nişanlanmaları geniş tətbiq edilir. Bu işarələr sürücüyə qarşıda xüsusi diqqət tələb edən zona olduğunu vizual olaraq xatırladır. ABŞ-da Virciniya, Havay, Oklahoma və digər ştatlarda müxtəlif eksperimental layihələr həyata keçirilib. Məqsəd sürücülərin avtomatik davranışını pozmaq və onları sürəti azaltmağa təşviq etməkdir”.

Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib. Mütəxəssis qeyd edib ki, 2022-ci ildə Qaraqanda şəhərində piyada keçidlərinə yaxın hissələrdə ziqzaq nişanlanmaları tətbiq olunub. Yerli hakimiyyət bu addımı sürət həddinin azaldılması və piyadaların təhlükəsizliyinin artırılması ilə əsaslandırıb:

“Bu yanaşmalar yol hərəkətinin təşkilində "traffic calming" – hərəkətin sakitləşdirilməsi metodlarının bir hissəsidir. Dünyada təhlükəzislik adacığı, kontrast işıqlandırma, rəngli örtüklər, daraldılmış hərəkət zolaqları və qeyri-standart nişanlanmalar kimi müxtəlif vasitələrdən istifadə olunur. Əsas məqsəd sürücünü cərimələmək deyil, onun diqqətini vaxtında cəlb etmək və təhlükəli davranışların qarşısını almaqdır. Yol təhlükəsizliyi yalnız qaydalarla deyil, həm də insan psixologiyasını nəzərə alan düzgün infrastruktur həlləri ilə təmin olunur”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
525.az

2Mənbələr