AZ

Rusiya siyahı yaydı: Azərbaycan ikinci yerdədir

2026-cı ilin yanvar–aprel aylarında Rusiya istehsalı olan arağın əsas alıcısı Qazaxıstan olub.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə Rusiya federal “Aqroeksport” mərkəzinin Telegram kanalında məlumat verilib.

Bildirilir ki, Qazaxıstan sözügedən dövrdə ümumilikdə 3,6 milyon dollar dəyərində Rusiya arağı alaraq lider olub:

“İkinci yerdə Azərbaycan qərarlaşıb. İxracın dəyəri 55 faiz artaraq 2,2 milyon dolları keçib.

Üçüncü yerdə isə Gürcüstan yer alıb və bu ölkəyə ixracın dəyəri 1,7 milyon dollar olub”.

Məlumata görə, Rusiya arağının ixracının artması ölkə daxilində qiymətlərin sürətlə yüksəlməsi fonunda baş verir.

Seçilən
38
1
konkret.az

2Mənbələr