AZ

Sabahdan Bakıdan Qarsa qatarla gedə biləcəyik?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun iyunun 2-də rəsmi açılışı olacaq. 

Açılış mərasimi Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında baş tutacaq. Açılış mərasimində Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. 

Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə yalnız yükdaşımalar həyata keçiriləcək, yoxsa sərnişindaşıma da nəzərdə tutulur?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, açılışı olacaq dəmir yolu beynəlxalq yükdaşıma üçün nəzərdə tutulub: 

“Bakı-Tbilisi-Qars (BTQ) açılışı olduğu, istifadəyə verildiyi 2017-ci ildən beynəlxalq yükdaşıma üçün nəzərdə tutulub. 2024-cü ilin may ayında ADY tərəfindən xəttin modernləşdirilməsi işləri aparılıb və illik yük ötürmə gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Açar sözlər:

dəmir yolu Bəxtiyar Hacıyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr