Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Gürcüstanın Marneuli rayonunda, Nəriman Nərimanov küçəsi ilə Nizami Gəncəvi küçəsinin kəsişməsində yerləşən dahi şairimiz Nizami Gəncəvinin büstünə qarşı hörmətsizlik edilib.
Azərbaycanın Gürcüstandakı səfirliyi Axar.az-a açıqlamasında bildirib ki, məsələ səfirliyin diqqətindədir.
“Yerli qurumlarla əlaqə saxlanılır. İlkin məlumata görə, hadisəni törədən şəxs azərbaycanlıdır, müəyyən qədər əqli qüsurludur və içki aludəçisi kimi tanınır. Polis ekspertiza aparıb. Hüquqi prosedur yekunlaşanda ictimaiyyətə məlumat veriləcək”, - açıqlamada vurğulanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.