Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İstanbulun hazırda həbsdə olan bələdiyyə başqanı Əkrəm İmamoğlu CHP-nin rəhbərliyini öz üzərinə götürən Kamal Kılıçdaroğlunu sərt tənqid edib.
“Cebheinfo.az” xəbər verir ki, o, həbsxanadan verdiyi müsahibədə "Xalqın seçki qutusunda vermədiyi səlahiyyəti məhkəmə dəhlizləri vasitəsilə ələ keçirməyə çalışmaq siyasi qəyyumluq, daxili bədniyyətli qəyyumluqdur. CHP-nin qərargahı artıq həmin bina deyil, qoy oturub boş divarlara baxsınlar",- deyib.

Beləliklə, CHP-də Özgür Özəlin sədr vəzifəsindən uzaqlaşdırılması və onun yerinə Kamal Kılıçdaroğlunun gətirilməsi ilə başlayan "ikili liderlik" böhranı həbsxanadan verilən bu şok açıqlama ilə yeni bir mərhələyə qədəm qoyub.
"Nümayəndələrin iradəsi ilə deyil, sarayın məhkəmə sistemi vasitəsilə təşkil etdiyi əməliyyatla CHP-nin başına gətirilən idarəetmə yanaşmasının demokratiya ilə heç bir əlaqəsi yoxdur.
Bunu kim edirsə etsin, onun adı siyasi qəyyumluqdur. Millətin seçki qutusunda vermədiyi səlahiyyəti məhkəmə dəhlizlərindən əldə etməyə çalışmaq siyasi, vicdan və ya mənəvi cəhətdən qanuni deyil.
Mən buna "daxili bədniyyətli qəyyumluq" deyirəm. Çünki onlar bu partiyanı kənardan məhv edirlər",-deyə İmamoğlu bildirib.
T24 yazarı Murat Sabunçu ilə müsahibəsində İmamoğlu CHP Baş Qərargahının artıq legitimliyini itirdiyini iddia edib:
"CHP-nin baş qərargahı artıq o bina deyil, bu, bütün partiya üzvlərimizin ruhunu və ürəyini daşıdığı meydanlardır. İndi oturub boş divarlara baxsınlar”.
İmamoğlu "CHP daxilində mübarizə davam etməli, yoxsa yeni bir partiya yaradılmalı?" sualına cavabında qanun pozuntularının davam edəcəyi təqdirdə yeni bir siyasi təşkilatın yaradıla biləcəyinə işarə vurub:
"Ya bir yol tapacağıq, ya da bir yol açacağıq. Həmin yol qanunun, nümayəndələrimizin və millətin iradəsinin diqtə etdiyi kimi, həmkarım cənab Özgür Özəlin rəhbərliyi altında CHP-dir. Lakin qanun pozulursa, nümayəndələrimizin və millətin iradəsi nəzərə alınmırsa, millətlə birlikdə getdiyimiz hər yol qanuni və güclü olacaq.
Müxalifət böhran yaşamır, Ərdoğan müxalifətə qarşı çevriliş edir. Biz bu yolu millətin dili, ruhu və iradəsi ilə açacağıq və hakimiyyətə doğru yürüyəcəyik".

Yaradılması mümkün görünən yeni bir hərəkatın lider mərkəzli olub-olmayacağından danışan İmamoğlu bütün Türkiyəni əhatə edən böyük bir "Demokratiya Cəbhəsi"nin yaradılmasına çağırıb. Özgür Özəllə birgə başlatdıqları dəyişiklik hərəkatının mahiyyətini məhz bunun təşkil etdiyini deyən İmamoğlu belə deyib:
"Türkiyədə bütün demokratlar birləşməlidirlər. Sədrimizin "24 May bir dönüş nöqtəsidir" qiymətləndirməsi ilə razıyam. Bütün təzyiqlərə qarşı ağ köynəklərində yola çıxanlar may ayında leysan yağış və dolu altında azad Türkiyə üçün addım atdılar. Hamımız bu yolda birlikdəyik".
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.