AZ

Nizami rayon ictimaiyyəti Qusar rayonunda səfərdə olub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihəsinin iştirakçıları, fəal qadınları və könüllüləri Qusar rayonunda səfərdə olublar.

“İki sahil” xəbər verir ki, səfər iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini, Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edib, əziz xatirələrini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Mərkəzdəki ekspozisiya ilə tanışlıq zamanı ziyarətçilər dahi şəxsiyyətin dövlətçilik və milli inkişaf strategiyasını əks etdirən materiallara nəzər salıb, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə yaxından tanış olublar.

Muzeylə tanışlıqdan sonra YAP Qusar və Nizami rayon təşkilatlarının fəalları arasında görüş keçirilib. Görüşdə YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və başqaları çıxış ediblər.

Səfər çərçivəsində Qusar və Nizami rayonundan olan məktəblilər üçün müzakirələr də təşkil olunub. Belə ki, 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Günel Əkbərin keçirdiyi “Vətənpərvərlik – dəyərlər sistemimizin təməli” mövzusunda təlimdə gənclər müxtəlif mövzularda fikir mübadiləsi aparıb, ideya və təəssüratlarını bölüşüblər. Təlimin yekununda gənclər arasında kitab mübadiləsi də olub.

Təlimdən sonra gənclər üçün fiziki fəallığın artırılması, sağlam həyat tərzinin təbliği və komanda ruhunun gücləndirilməsi məqsədilə müxtəlif parkur oyunları da keçirilib. Oyunlar zamanı çeviklik, sürət, koordinasiya və əməkdaşlıq bacarıqlarını nümayiş etdirən gənclər mükafatlandırılıblar.

Daha sonra Qusar rayonu gənclərinin hazırladıqları musiqi və rəqs nümunələri nümayiş etdirilib.

Səfərin yekununda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi çərçivəsində YAP Nizami rayon təşkilatının nümayəndələri Qusar rayonunda XVI əsrə aid Şeyx Cüneyd türbəsi və rayonun Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.

Seçilən
30
ikisahil.az

1Mənbələr