AZ

"Rusiya ordusu döyüş meydanında təşəbbüsü itirməyə başlayıb" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletskinin Ukraynanın cəbhədə təşəbbüsü ələ almaq və danışıqlarda mövqeyini gücləndirmək üçün altı-doqquz ay vaxtı olduğu barədə qiymətləndirməsi ilə razılaşıb.

"Unikal" xəbər verir ki, bu barədə o, "CBS News"a verdiyi müsahibədə bildirib. 

Zelenskinin sözlərinə görə, 2025-ci ilin dekabr ayından etibarən Rusiya ordusu ağır itkilər səbəbindən döyüş meydanında təşəbbüsü itirməyə başlayıb ki, bu da Rusiya ilə Ukrayna arasında danışıqlar üçün fürsət yaradıb.

Avropa ölkələrinin danışıqlar prosesində mümkün iştirakından danışan Zelenski "üçlüyün" - Böyük Britaniya, Fransa və Almaniyanın - iştirak edə biləcəyini irəli sürüb.

O, digər ölkələrin də iştirakını istisna etməyib və qərarın Ukrayna və Avropa tərəfindən birgə qəbul edilməli olduğunu vurğulayıb.

Ağarza Elçinoğlu

Seçilən
35
1
unikal.az

2Mənbələr