"Zirə"nin ağır zədə alan futbolçusu Enrike Kustodio ön xaçvari diz bağlarından əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, məlumatı "qartallar"ın mətbuat xidməti yayıb.
Əməliyyat müdafiəçinin ölkəsində - Braziliyada baş tutub. Kustodionun bərpa prosesinin təxminən 6-8 çəkəcəyi bildirilib.
Xatırladaq ki, "Zirə" Misli Premyer Liqasındakı son mövsümü turnir cədvəlinin 5-ci pilləsində başa vuraraq avrokuboklara vəsiqə qazana bilməyib. Rəşad Sadıqovun komandası Bizon Azərbaycan Kubokunun finalında "Sabah"a 1:2 hesabı ilə uduzub.