AZ

ATB ilə ABB arasında itən vəsait: Əməliyyat uğurlu olub, amma pul yoxa çıxıb...

ABB tərəfində isə müştəriyə bidlirilir ki, bu vəsait ümumiyyətlə banka daxil olmayıb, ATB isə ABB-yə göndərdiyi sorğu zamanı əməliyyatın uğurlu olduğunu deyir...

Ötən ayın 28 may tarixində “Azəri Türk Bank”a (ATB) məxsus kartdan Azərbaycan Beynəlxalq Bankı (ABB) kartına pul köçürməsi həyata keçirilib. Lakin əməliyyatın “uğurlu” göstərilməsinə baxmayaraq, vəsaitin qarşı tərəf karta daxil olmadığı bəlli olub.

Poliqon bizimesr.com portalına istinadən xəbər verir ki, məsələ ilə bağlı yaranan uyğunsuzluq bank müştərisi tərəfindən aşkar edilib və dərhal ATB-nin müştəri xidmətlərinə müraciət olunub.

ATB-nin mobil tətbiqində aparılan yoxlamalar zamanı vəsaitin kartdan çıxıldığı qeyd olunub və əməliyyatı təsdiqləyən qəbz də sistemdə görünüb. Bank tərəfi ilkin mərhələdə vəsaitin göndərildiyini təsdiqləyən məlumat təqdim edib. Lakin vəsait ABB kartına köçürülməyib. Məsələ ilə bağlı aparılan 2 günlük araşdırmadan sonra ATB tərəfindən ABB-yə sorğu göndərilib və “əməliyyat uğurlu olub” cavabı alınıb.

Buna baxmayaraq, ABB tərəfində isə müştəriyə bidlirilir ki, bu vəsait ümumiyyətlə banka daxil olmayıb. ATB isə ABB-yə göndərdiyi sorğu zamanı əməliyyatın uğurlu olduğunu deyir.

Beləliklə, iki bank arasında yaranan ziddiyyətli məlumatlar fonunda 100 manatın taleyi günlərdir sual altında qalır. ATB: əməliyyat icra olunub, ABB: vəsait daxil olmayıb, deyir və müştərinin pulu hesabda görünmür

Nəticədə 28 may tarixindən bu günə qədər həmin məbləğin harada olduğu barədə dəqiq və rəsmi izah yoxdur.

Məsələ bank sistemlərində köçürmələrin izlənməsi və şəffaflıq mexanizmləri ilə bağlı suallar doğurur. Eyni zamanda, müştəri qarşısında yaranan vəziyyət onun vəsaitinə çıxış imkanını qeyri-müəyyən vəziyyətə salıb. Hazırda həm ATB, həm də ABB tərəfinin məsələni araşdırdığı bildirilsə də, konkret nəticə və pulun taleyi ilə bağlı yekun nəticə yoxdur. 

ATB-dən rəsmi olaraq “uğurlu əməliyyat” kimi görünən köçürmə faktiki olaraq heç bir hesabda əks olunmayıb. Bu isə bank sistemlərində əməliyyatların izlənməsi və uyğunlaşdırılması mexanizmlərinin sual altına düşməsinə səbəb olur.

Hazırda isə əsas sual dəyişmir - vəsait iki bank arasında necə “yoxa çıxdı” və məsuliyyət kimdədir? Bu suallara isə kimsə cavab vermir...

Poliqon.info

Seçilən
196
1
poliqon.info

2Mənbələr