AZ

İran və ABŞ müharibədə vurulan zərərin kompensasiyası edilməsini müzakirə edib

Tehran mümkün anlaşma memorandumunda müharibədə vurulan hərbi və mülki ziyanın ödənilməsi variantlarını nəzərdən keçirdiyi bildirib...

Poliqon xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai İran və ABŞ arasında aparılan müzakirələrdə İrana vurulan zərərin kompensasiyası məsələsinin də gündəmdə olduğunu açıqlayıb.

Bəqainin sözlərinə görə, bu məsələ tərəflər arasında mümkün qarşılıqlı anlaşma memorandumunda yer ala biləcək bəndlərdən biri hesab olunur. O bildirib ki, danışıqlar çərçivəsində hərbi əməliyyatlar zamanı İrana dəyən ziyanın ödənilməsi mexanizmləri müzakirə edilir.

“Bu məsələ mümkün qarşılıqlı anlaşma memorandumunun müzakirə edilən bəndləri sırasındadır”, deyə İsmayıl Bəqai bildirib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, nəzərdən keçirilən variantlardan biri hərbi əməliyyatlar dövründə İrana vurulan ziyanın kompensasiyası məqsədilə müəyyən maliyyə məbləğinin ayrılmasını nəzərdə tutur.

Məlumata görə, tərəflər arasında mümkün razılaşmanın detalları ilə bağlı danışıqlar davam edir və yekun qərarın hansı formada olacağı hələlik məlum deyil. İran rəsmiləri hesab edir ki, kompensasiya məsələsi gələcək münasibətlərin hüquqi və siyasi çərçivəsinin mühüm elementlərindən birinə çevrilə bilər.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr