AZ

Nazir: Azərbaycan Prezidentinin enerji siyasəti neft-qaz və bərpaolunan enerji mənbələrinin balanslı inkişafına əsaslanır

Azərbaycan Prezidenti İlham Əliyevin enerji siyasəti ölkənin neft-qaz və bərpaolunan enerji mənbələrinin balanslı inkişafına əsaslanır. Eyni zamanda, təchizat zəncirlərinin şaxələndirilməsini və enerji əlaqələrinin gücləndirilməsini özündə ehtiva edir.

 

AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Baku Energy Week”dəki çıxışı zamanı deyib.

 

“Bu da qlobal enerji reallığına tam cavab verir. Bu siyasət imkan verir ki, Azərbaycan öz yaşıl öhdəliyini davamlı şəkildə tətbiq etsin, eyni zamanda, Xəzər bölgəsi ilə Cənubi Qafqaz, həmçinin Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji əlaqələri yaratsın”, - deyə nazir əlavə edib.

Tarix: 1 İyun 2026, 14:48   
Seçilən
35
1
pravda.az

2Mənbələr