Bakı, 1 iyun, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının II mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən iki güləşçi fəxri kürsüyə qalxıb. Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.
İslam İlyasov (+90 kiloqram) dördüncü, Əşrəf Aşırov (90 kiloqram) beşinci, Rübail İbrahimli (70 kiloqram) isə doqquzuncu yeri tutub.
Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.