AZ

Gürcüstanda anası 7 yaşlı Fərruxu öldürdü

Gürcüstanda Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində 7 yaşlı Fərrux Əhmədovun anası tərəfindən qətlə yetirildiyi bildirilir.

"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı verilən məlumatlara görə, 42 yaşlı ana - Azərbaycan vətəndaşı Svetlana Əhmədova azyaşlı oğluna bıçaqla ölümcül xəsarətlər yetirib. 

Bildirilir ki, uşağın atası Gürcüstan vətəndaşıdır. Məlumata görə, hadisədən sonra ailə üzvləri baş verəni gizlətməyə cəhd ediblər. Həmçinin qadının cinayətdən sonra intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 109-cu maddəsi (azyaşlının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi) ilə istintaq aparılır. Qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

Seçilən
26
unikal.az

1Mənbələr