BAKI, 1 iyun. TELEQRAF
Q.S.Qurbanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilsin.