AZ

Gürcüstanda təhlükəli virus aşkarlandı

Gürcüstanda denqe virusuna ilk yoluxma halı aşkarlanıb.

Milli.Az xəbər verir ki, bunu tibb elmləri doktoru, Tbilisi Dövlət Tibb Universitetinin Pediatriya kafedrasının müdiri və Murman İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibb direktoru, professor İvane Çxaidze bildirib .

Onun sözlərinə görə, virus ötən həftə bir xəstədə aşkarlanıb. Lakin İ.Çxaidze bu halla bağlı əlavə məlumat verməkdən çəkinib.

Denqe qızdırması ağcaqanad sancmaları ilə yayılan virus infeksiyasıdır. İnkubasiya dövrü adətən beş gündən yeddi günə qədər davam edir, lakin klassik formasında 15 günə qədər uzana bilər. İlkin simptomlara şiddətli üşütmə və bədən istiliyinin əhəmiyyətli dərəcədə artması daxildir - tez-tez 39-41°C-yə çatır. Bu simptomlar şiddətli baş ağrıları, əzələ və oynaq ağrıları ilə müşayiət olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
8
olaylar.az

9Mənbələr