AZ

Atamın evini bölə bilmirlər — Gəlin-baldız mülk üstündə saçyolduya çıxdı

Gədəbəy rayonunda 47 yaşlı qadın qardaşı arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdlü Ülkər özünə məxsus evin həyətində qardaşı arvadı Fəranə (adlar şərtidir – red.) mübahisə edib. 

Aralarında olan mülk mübahisəsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı qardaşı arvadını əvvəldə əl-qol zərbələri ilə, daha sonra isə daş parçası ilə vurub. 

İş üzrə izahat verən Ülkərin sözlərinə görə, Gədəbəy rayonunun kəndində yaşayır, zərərçəkmiş Fəranə onun qardaşı Elmirin arvadıdır: “Atam və anam yaşlı olduqları üçün onlara mən baxıram. Valideynlərim ilə birlikdə atamın evində yaşayıram. Həmin evlə bağlı Fəranə ilə aramızda mülki mübahisəmiz olub, məhkəmə bizim xeyrimizə qərar qəbul edib”. 

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 20 radələrində qeyd olunan evinin həyətində səs-küy eşidib: “Bayıra çıxanda evin həyətindəki digər evin qapı kilidini Elmirin qızları Lətifə və Aydanın sındırmalarını gördüm. Orada heç kimi vurmamışam və bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Məlumat əsasında polislər gəldilər. Polis əməkdaşları bu məsələnin onlara aid olmadığını, məhkəməyə müraciət edilməli olduğunu deyərək getdilər. Bundan sonra Fəranə mənim yaşlı anamı vuraraq ona xəsarət yetirdi. Mən nə Fəranəni, nə də qızlarını vurmamışam. Eyni zamanda atam da Fəranənin qızlarını döyməyib. Hadisə baş verən vaxt, əksinə, Fəranə mənimlə əlbəyaxa olub, məni yerə yıxıb”. 

Ülkər ifadəsinin sonunda ona qarşı elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilməyib, barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Ülkər 6 ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilib. 

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 1.12 və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş 6 ay müddətə azadlığın məhdudlaşdırlması cəzasından azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
15
1
demokrat.az

2Mənbələr