AZ

Energetika naziri: Qırğızıstan günəş və külək enerjisinə yatırımları artırır

Qırğızıstan elektrik enerjisinin 90%-ni hidroenerjidən əldə edir.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.

Onun sözlərinə görə, Qırğızıstanda istehsal olunan elektrik enerjisinin təxminən 90%-i hidroelektrik stansiyaların payına düşür.

Nazir qeyd edib ki, ölkə Mərkəzi Asiyanın vahid enerji sistemi çərçivəsində Qazaxıstan və Özbəkistanla sıx əməkdaşlıq edir. Elektrik enerjisi çatışmazlığı yarandığı dövrlərdə Qırğızıstan qonşu ölkələrdən dəstək alır.

T.İbrayev bildirib ki, ölkədə 60 ildən çox istismar olunan hidroelektrik stansiyaların modernləşdirilməsi həyata keçirilir. Bununla yanaşı, günəş və külək enerjisi layihələrinin inkişafı istiqamətində də işlər aparılır.

Nazirin sözlərinə görə, Qırğızıstan yaşıl enerji istehsalının artırılması və enerji təchizatının dayanıqlığının gücləndirilməsi məqsədilə enerji sektorunda islahatları davam etdirir.

Seçilən
17
1
apa.az

2Mənbələr