AZ

Karlo Ançelottinin oğlu “Lill”in baş məşqçisi təyin olunub

Bakı, 1 iyun, AZƏRTAC

Fransanın “Lill” komandasının yeni baş məşqçisi bəlli olub.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta italiyalı mütəxəssis Davide Ançelotti gətirilib. 36 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Davide Ançelotti məşqçilik karyerası ərzində Almaniyanın “Bavariya”, İtaliyanın “Napoli”, İngiltərənin “Everton” və İspaniyanın “Real Madrid” klublarında atası Karlo Ançelottinin köməkçisi vəzifəsində çalışıb. O, həmçinin qısa müddət ərzində “Botafoqo”da baş məşqçi kimi fəaliyyət göstərib və hazırda Braziliya millisinin məşqçilər korpusunda yer alır.

Qeyd edək ki, “Lill” ötən mövsüm Fransa çempionatını üçüncü pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Komandada baş məşqçi postu Bruno Jenezionun ayrılmasından sonra boş qalmışdı.

Seçilən
9
azertag.az

1Mənbələr