AZ

Makron Rusiyadan yola düşən tankerin saxlanıldığını elan edib

Fransa Prezidenti Emmanuel Makron cümə günü beynəlxalq sanksiyalar altında olan Tagor tankerinin Fransa donanması tərəfindən ələ keçirildiyini elan etdi. Gəmi Rusiyadan yola düşüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, O bildirib ki, "Bu əməliyyat Atlantik okeanında, açıq dənizlərdə, Birləşmiş Krallıq da daxil olmaqla bir neçə tərəfdaşın dəstəyi ilə və dəniz qanunvericiliyinə ciddi şəkildə riayət edilməklə həyata keçirilib".

Makron həmçinin qoşunların tankerə vertolyotdan eniş etdiyini göstərən video yayımlayıb.

Digər bir məlumata görə, bu adda bir gəmi may ayının sonunda Norveçin qərb sahillərində tapılıb. O, Murmanskdan Baltik dənizindəki naməlum limana gedirdi.

Daha əvvəl, martın sonlarında Fransa Murmanskdan yola düşən Mozambik bayrağı altında üzən Deyna tankerini də ələ keçirib. Makron daha sonra gəminin sanksiyalardan yayındığını və dəniz qanunvericiliyini pozduğunu bildirib.

Lətifə Abdıyeva

Seçilən
31
sia.az

1Mənbələr