AZ

Qazaxıstan İranın nüvə probleminin həllində texniki yardım göstərməyə hazırdır

BAKI, 1 iyun. TELEQRAF

Qazaxıstan İranın nüvə proqramı ilə bağlı məsələlərin həllində texniki yardım göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Yerlan Jetıbayev brifinqdə bildirib.

O qeyd edib ki, Qazaxıstan İranın nüvə proqramı ilə bağlı vəziyyəti yaxından izləyir.

“Ölkəmiz məsuliyyətli çoxtərəfli əməkdaşlığa sadiqdir, sabitlik, təhlükəsizlik və dialoqun gücləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir. Qazaxıstan da daxil olmaqla, bir sıra ölkələr tərəflər arasında müvafiq beynəlxalq razılaşmaların əldə edilməsi və məsələnin praktiki fəaliyyətə çevrilməsi şərtilə, bu məsələnin həllində vicdanla texniki yardım göstərməyə hazır olduqlarını bildiriblər”, - Jetıbayev qeyd edib.

Seçilən
31
teleqraf.com

1Mənbələr