AZ

“Eurowings” reysində QORXULU ANLAR: 5 nəfər XƏSARƏT ALDI

Eurowings təyyarəsində güclü turbulentlik nəticəsində 5 nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Aviation Herald” məlumat yayıb.

Mayın 31-də Rodosdan Kölmə uçan “Eurowings” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi Balkan yarımadası üzərində güclü turbulentliyə düşüb.

Göyərtəsində 157 sərnişin olan təyyarədə baş verən sarsıntı nəticəsində dörd sərnişin və bir stüardessa yüngül bədən xəsarətləri alıb.

Mütəxəssislərin və “Aviation Herald” nəşrinin məlumatına görə, hadisəyə səbəb öndə uçan “Emirates” aviaşirkətinə məxsus “Airbus A380” təyyarəsinin yaratdığı hava burulğanları olub.

İri sərnişin təyyarələrinin arxasında yaranan bu cür hava axınları arxadan gələn laynerlərdə güclü sarsıntılara səbəb ola bilir.

İnsidentə baxmayaraq, ekipaj uçuşu davam etdirərək təyyarəni Kölndə sağ-salamat yerə endirib. 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr