AZ

“Yaponiya və Filippini qanunsuz hərəkətləri dayandırmağa çağırırıq”

Yazını böyüt
Yazını kiçilt

Çin Sahil Mühafizəsinin Yaponiya və Filippinin ərazidə delimitasiya danışıqları barədə birtərəfli açıqlamasına cavab olaraq Tayvan adasının şərqindəki sularda hüquq-mühafizə orqanlarının patrul xidməti həyata keçirdiyini açıqlayıb.

Hafta.az yazır ki, bu barədə Çin Sahil Mühafizəsinin sözçüsü Jiang Lue bildirib.

Sözçü Lue bildirib ki, Yaponiya və Filippinin bu hərəkəti Çinin ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını ciddi şəkildə pozur və patrul xidməti bu məsələni həll etmək üçün zəruri addımdır.

"Biz Yaponiya və Filippini Çinin suverenliyini, hüquqlarını və maraqlarını sarsıdan bütün qanunsuz hərəkətləri dərhal dayandırmağa çağırırıq" deyən rəsmi sözçü əlavə edib ki, Çin Sahil Mühafizəsi müvafiq sularda nəzarətini gücləndirməyə, ölkənin ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qorumaq üçün əməli tədbirlər görməyə davam edəcək.

Seçilən
14
hafta.az

1Mənbələr