AZ

Polşa 28 milyard avroluq müdafiə müqavilələri imzalayıb

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Polşa hökuməti Avropa İttifaqının ordunun yenidən silahlandırılması üzrə maliyyələşdirmə proqramı (SAFE) çərçivəsində yerli müdafiə sənayesi şirkətləri ilə ümumi dəyəri 120 milyard zloti (təxminən 28 milyard avro) olan müqavilələr bağlayıb.

Modern.az xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

İmzalanan irimiqyaslı sazişlərə əsasən, ayrılan ümumi məbləğin təxminən yarısı "Huta Stalowa Wola" hərbi sənaye şirkətinə yönəldiləcək. Müqavilələr çərçivəsində Polşa ordusuna 146 ədəd "Borsuk" piyadanın döyüş maşını (PDM), 96 ədəd "Krab" haubitsası və 64 ədəd "Rak" özüyeriyən minaatanı veriləcək.

Razılaşmaya əsasən, sifariş edilən bütün hərbi texnika və avadanlıqlar 2030-cu ilə qədər Polşa Silahlı Qüvvələrinə təhvil verilməlidir.

Töhfə Səməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
modern.az

1Mənbələr