AZ

İmamoğludan Kılıçdaroğlunun CHP sədrliyinə qayıtması barədə açıqlama

BAKI, 1 iyun. TELEQRAF

“Kamal Kılıçdaroğlunun məhkəmə qərarı ilə yenidən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna qayıtmasının demokratiya ilə əlaqəsi yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin İstanbul şəhərinin həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu deyib.

Bələdiyyə sədri CHP ilə əlaqədar baş verənləri “siyasi sifariş” adlandırıb:

“Bunu kim edir-etsin, adı bəllidir: siyasi qəyyumluq. Xalqın seçki qutusunda vermədiyi səlahiyyəti məhkəmə dəhlizlərindən əldə etməyə çalışmaq siyasi baxımdan da, vicdan və əxlaq baxımından da legitim deyil. Mən buna “daxildəki bədxah qəyyum” deyirəm. Bu partiyanı kənardan dağıda bilməyənlər indi onu içəridən ələ keçirmək istəyirlər”.

İmamoğlu qeyd edib ki, Kılıçdaroğlunun oturduğu ofis artıq CHP-nin baş qərargahı deyil:

“CHP-nin baş qərargahı bütün partiya üzvlərimizin ruhunu və ürəyini daşıyan meydanlardır. İndi qoy otursunlar, boş divarlara baxsınlar. Çevrilişə müqavimət göstərənləri izləsinlər”.

“Mübarizə CHP daxilində davam etməlidir, yoxsa yeni partiya qurulmalıdır” sualına cavab verən İmamoğlu qeyd edib:

“Ya bir yol tapacağıq, ya da bir yol salacağıq. O yol hüququn, üzvlərimizin və xalqın iradəsinin tələb etdiyi şəkildə yol yoldaşım Özgür Özəlin rəhbərliyi altındakı CHP-dir. Ancaq hüquq tapdalanarsa, üzvlərimizin və xalqın iradəsi heçə sayılarsa, bizim xalqla birlikdə getdiyimiz hər yol legitim və güclüdür”.

Seçilən
26
teleqraf.com

1Mənbələr