AZ

Lukaşenko: Kim Çen In diktator DEYİL

Ajans.az xəbər verir ki, onun sözlərinə görə, Kim Çen In onun üzərində “çox güclü təəssürat” yaradıb və onu “ağıllı, perspektivli və əməkdaşlığa açıq gənc lider” kimi xarakterizə edib. “Şimali Koreya lideri Kim Çen In məndə çox güclü təsir bağışladı. O, ağıllı, perspektivli, əməkdaşlığa yönəlmiş bir gəncdir və diktator deyil”, – deyə Lukaşenko Minskdə Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə görüşdə bildirib.

Belarus prezidenti həmçinin Şimali Koreya ilə münasibətlərdə əməkdaşlıq imkanlarının genişləndirildiyini qeyd edib və tərəflər arasında ticarət və vasitəçilik məsələlərinin də müzakirə olunduğunu bildirib.

Seçilən
27
6
Ajans.az

7Mənbələr