AZ

Aygül tanıtdı: 97 yaşlı nənənin saçları hər kəsi heyrətləndirdii

Sosial şəbəkə istifadəçisi Tatarıstan vətəndaşı Aygül Sarvarova 97 yaşlı nənəsinin görüntülərini paylaşaraq böyük marağa səbəb olub.

Publika.az xəbər verir ki, blogerin paylaşdığı video qısa müddətdə 2,6 milyondan çox baxış toplayıb.

Kadrlarda yaşlı qadının uzun və ağarmış saçlarını daradığı əks olunub. Nənə rəngarəng naxışlı paltar və yaşıl örpəkdə görüntülənib.

Aygül Sarvarova paylaşımın şərh hissəsində bildirib ki, nənəsi əvvəllər saçlarının qısa kəsilməsini istəyirdi, lakin sonradan bu fikrindən daşınıb.

Videoda ən çox diqqət çəkən məqam isə 97 yaşlı qadının uzun və gur saçları olub. Sosial şəbəkə istifadəçiləri bununla bağlı çoxlu rəy yazıblar.

Seçilən
3
publika.az

1Mənbələr