AZ

Ukraynadan qaçan gənclərə PİS XƏBƏR

Avropa Birliyində Ukraynadan çıxan çağırış yaşlı kişilərlə bağlı yeni və mübahisəli təklif gündəmə gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Euractiv portalında diqqətçəkən material dərc olunub.

Məlumata görə, Aİ ölkələrində Ukrayna müharibəsindən qaçaraq Avropaya sığınan milyonlarla insan üçün tətbiq edilən müvəqqəti müdafiə proqramının gələcəyi müzakirə olunur. Bu çərçivədə bəzi ölkələr çağırış yaşlı ukraynalı kişilərin proqramdan çıxarılması imkanını nəzərdən keçirir.

Söhbət Avropa Birliyinin Müvəqqəti Müdafiə Direktivi çərçivəsində təqdim olunan hüquqi statusdan gedir. Həmin mexanizm Ukrayna vətəndaşlarına milli sığınacaq prosedurlarına müraciət etmədən Aİ ölkələrində yaşamaq, işləmək və sosial xidmətlərdən yararlanmaq imkanı verir.

Hazırda proqramdan təxminən 4,3 milyon nəfər faydalanır və onun müddəti 2027-ci ilin mart ayınadək uzadılıb. Lakin Euractiv-in tanış olduğu Aİ Şurası sənədinə əsasən, bundan sonrakı mərhələdə bir neçə ssenari müzakirə edilir. Variantlardan biri müdafiə proqramının uzadılması, lakin əhatə dairəsinin daraldılmasıdır. Bu halda Ukraynadan qanunsuz yollarla çıxan şəxslərin və hərbi xidmət yaşında olan kişilərin proqramdan kənarlaşdırılması nəzərdən keçirilə bilər.
Müzakirələrin əsas səbəblərindən biri Avropada Ukrayna müharibəsinin uzunmüddətli nəticələri və əmək bazarı, sosial təminat sistemi, həmçinin Kiyevin səfərbərlik siyasəti ilə bağlı yaranan suallardır.

Bununla belə, məsələ hələ yekun qərar mərhələsində deyil. Avropa Birliyi daxilində müxtəlif mövqelər mövcuddur və çağırış yaşlı ukraynalı kişilərin hüquqi statusu ilə bağlı yekun qərarın necə olacağı hələlik bəlli deyil.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr