AZ

Pirallahıda "Gələcəyimizi uşaqlar qurur" başlıqlı festival keçirilib - FOTOLAR

Pirallahı rayonunda “01 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə silsilə tədbirlər təşkil olunub.

"Unikal" xəbər verir ki, bu tədbirlər uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına, asudə vaxtlarının səmərəli təşkilinə və onların hərtərəfli inkişafının dəstəklənməsinə xidmət edən müxtəlif mədəni, maarifləndirici və əyləncəli proqramları əhatə edib.

O cümlədən, 01 İyun 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Gələcəyimizi uşaqlar qurur” başlıqlı festival təşkil olunub. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri öz baxışlarını və dünyanı necə təsəvvür etdiklərini nümayiş etdiriblər.

Festival çərçivəsində müxtəlif sərgilər, masterklaslar, şahmat və dama oyunları, rəqs nömrələri və digər təqdimatlar təşkil olunub. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və RİH başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Sərgilərdə uşaqların məktəblərini və Pirallahı rayonunu necə görmək istədikləri əks olunub, eyni zamanda ölkənin bir çox görkəmli binalarının maketləri, STEAM layihələri və digər əl işləri nümayiş etdirilib.

Tədbir həmçinin məktəbəqədər təhsil müəssisələrinin və mədəniyyət müəssisələrinin şagirdləri tərəfindən təqdim olunan rəqs nömrələri ilə rayon sakinlərinin böyük marağına səbəb olub.

Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara xoşbəxt, sağlam və qayğısız gələcək arzulayıb. O, uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və onların hərtərəfli inkişafı üçün həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Pirallahı rayonunun Çilov qəsəbəsində də “01 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə RİH başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, “28 May” NQÇİ-nin rəisi Ramin Quliyev iştirak ediblər.

Seçilən
7
unikal.az

1Mənbələr