AZ

Dəridə görünən bu əlamət təhlükəli xərçəngdən xəbər verə bilər

Əczaçı və səhiyyə maarifləndirməsi üzrə mütəxəssis Sento Segarra bildirib ki, proqnozu ən ağır olan xərçəng növlərindən biri özünü dəridə göstərən əlamətlərlə büruzə verə bilər.

Ölkə.az xəbər verir ki, onun sözlərinə görə, dərinin qəfil saralması mədəaltı vəzi xərçənginin əlaməti ola bilər. Mütəxəssis izah edib ki, bu rəng dəyişikliyi şişin öd yollarını tıxaması və ödün normal axınının pozulması nəticəsində yaranır.

O qeyd edib ki, xəstəliyin digər əlamətləri arasında sidiyin tündləşməsi, gözlərin ağ hissəsinin saralması, nəcisin açıq rəng alması, qarının yuxarı hissəsində ağrı, səbəbsiz çəki itkisi və yağlı qidaların qəbulundan sonra həzm problemləri yer alır.

Mütəxəssisin sözlərinə görə, mədəaltı vəzi xərçəngi yüksək ölüm göstəricisinə malikdir. Bunun əsas səbəbi isə xəstəliyin əksər hallarda gec mərhələdə aşkarlanmasıdır. Belə ki, insanlar sadalanan əlamətləri çox vaxt stress, qeyri-sağlam qidalanma və ya susuzlaşma ilə əlaqələndirərək həkimə müraciəti təxirə salırlar.

Həmidə İbrahimova

Seçilən
46
1
olke.az

2Mənbələr