Dövlət bank “Azər Türk Bank” ASC digər dövlət bankı ABB-dəki 108 min manat nominallı səhm payını satıb.
Banker.az xəbər verir ki, bu 2025-ci ildə baş tutub və ATB-nin ABB-dəki iştirak payı dayanıb.
Ötən həftə isə Banker.az məlumat yaymışdı ki, “Azər Türk Bank” və eləcə də bir sıra bank və təşkilat prosessinq mərkəzi “Milli Kart” MMC-dəki payını digər şəriki olan “ASB Bank” ASC-yə satıblar.