AZ

Avropada az büdcə ilə səyahət: Ən ucuz 10 şəhər açıqlandı

Avropanın 50 şəhəri üzrə aparılan araşdırma əsasında turistlər üçün ən sərfəli istiqamətlər müəyyənləşib.

Publika.az xəbər verir ki, Böyük Britaniyanın "Post Office Travel Money" şirkəti tərəfindən hazırlanan “Şəhər yaşam xərcləri barometri” hesabatına əsasən, iki nəfər üçün 2 günlük səyahətin ümumi xərcləri hesablanıb.

Araşdırmada hotel, qidalanma, içkilər, şəhərdaxili nəqliyyat, hava limanı transferləri, bələdçi turları, həmçinin muzey və tarixi məkanlara giriş haqları da nəzərə alınıb.

Siyahıdailk yeri 248 avro ilə Sarayevo (Bosniya və Herseqovina) tutur. Ardınca Buxarest (Rumıniya) 258 avro ilə ikinci, Tirana (Albaniya) isə 263 avro ilə üçüncü sırada qərarlaşıb.

Seçilən
23
publika.az

1Mənbələr