Metbuat.az xəbər verir ki, sözügedən hesabatda universitetlər dörd əsas meyar - təhsilin keyfiyyəti, məzunların işlə təmin olunma səviyyəsi, professor-müəllim heyətinin keyfiyyəti və elmi tədqiqat fəaliyyəti (nəşrlərin sayı, istinadlar və s.) əsasında qiymətləndirilib. Açıqlanan rəsmi məlumatlara əsasən, qlobal siyahının ilk onluğuna ABŞ və Böyük Britaniyanın köklü universitetləri liderlik edir.Dünyanın 10 ən yaxşı universitetinin siyahısını təqdim edirik:1. Harvard Universiteti (ABŞ) 2. Massaçusets Texnologiya İnstitutu (ABŞ) 3. Stanford Universiteti (ABŞ)4. Kembric Universiteti (Böyük Britaniya)5. Oksford Universiteti (Böyük Britaniya)6. Prinston Universiteti (ABŞ)7. Pensilvaniya Universiteti (ABŞ)8. Kolumbiya Universiteti (ABŞ)9. Yeyl Universiteti (ABŞ)10. Çikaqo Universiteti (ABŞ)
Uzun illərdir olduğu kimi, bu il də Harvard Universiteti bütün göstəricilər üzrə ən yüksək balları toplayaraq dünyanın bir nömrəli ali təhsil müəssisəsi statusunu qoruyub saxlayıb.