AZ

Tehrandan Vaşinqton və Tel-Əvivə son xəbərdarlıq: "...müharibə başlayacaq"

İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Yaxın Şərqdəki qanlı qarşıdurmanı dayandırmaq üçün əldə olunan kritik razılaşmadan dərhal sonra Tehran beynəlxalq arenada kəskin bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Vaşinqton və Tel-Əvivə ünvanlanan təcili ismarışında atəşkəsin ən qorxulu və sərt şərtini açıqlayıb.

İran XİN rəhbəri bildirib ki, İran və ABŞ arasında əldə edilmiş bu atəşkəs Livan da daxil olmaqla, bütün regional cəbhələrdə hərbi əməliyyatların tam və qeyd-şərtsiz dayandırılmasını nəzərdə tutur. Abbas Əraqçi xüsusi olaraq vurğulayıb ki, atəşkəsin hər hansı bir cəbhədə və ya məkanda bircə dəfə belə pozulması, bütün digər cəbhələrdə də atəşkəsin tamamilə qüvvədən düşməsi və böyük müharibənin yenidən alovlanması demək olacaq.

"ABŞ və İsrail bu sazişin hər hansı bir şəkildə pozulmasından doğacaq bütün dəhşətli və dağıdıcı nəticələrə görə birbaşa və tam məsuliyyət daşıyırlar", – deyə İran diplomatiyasının rəhbəri qətiyyətlə bəyan edib.

Hərbi-siyasi analitiklər İranın bu rəsmi xəbərdarlığını İsrail ordusunun Livan cəbhəsində "Hizbullah"a qarşı hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə yenidən ağır raket zərbələrinin endiriləcəyinə dair Tehrandan gələn son ultimatium kimi qiymətləndirirlər.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr