ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“Artıq bir neçə ildi davam edən Rusiyanın-Ukraynaya müharibəsi yalnız regional sərhəd mübahisəsi deyil, həm də qlobal güclərin rəqabət meydanıdır”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Aydın Tağıyev deyib.

Onun sözlərinə görə, münaqişə diplomatik dalan, informasiya müharibəsi və humanitar böhran üçlüyü üzərində formalaşaraq beynəlxalq sistemin zəifliklərini üzə çıxarır:
“Görünən odur ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Avropanı münaqişənin tərəfi kimi xarakterizə etməsi Kremlin diplomatik ritorikasında sərtləşməni göstərir. Bu, Avropanın vasitəçilik imkanlarını tamamilə istisna edir və danışıqların formatını daraldır.
Əbu-Dabidə keçirilən danışıqlar da göstərdi ki, ərazi məsələsi xüsusilə Donbas və Krım - kompromisə gəlməyən əsas problem olaraq qalır. Rusiya ultimativ mövqeyini qoruyur, Ukrayna isə suverenliyindən güzəştə getməyəcəyini açıq şəkildə bildirir.
Nəticə isə gündəlik eşidiklərmiz təlafatlar insan itkisi ilə davam edir. Burada diqqət çəkən digər məqam “informasiya müharibəsi” və hərbi statistika ilə bağlı Rusiya hökumətinin xalqa açıqlmalarıdır.
Məsələn, Rusiya Müdafiə Nazirliyinin açıqladığı Ukrayna ordusunun itkiləri Kremlin daxili auditoriyaya “qələbə narrativi”ni gücləndirmək, beynəlxalq aləmdə isə Ukraynanın müharibəni davam etdirmək gücünü şübhə altına almaq məqsədi daşıyır.
Bu, informasiya üstünlüyü yaratmaq cəhdidir. Qərb silahlarının vurulması barədə məlumatlar Moskvanın “biz təkcə Ukrayna ilə yox, Qərbin hərbi maşını ilə döyüşürük” ritorikasını gücləndirir”.
O qeyd edib ki, bu münaqişənin humanitar böhran və beynəlxalq hüquq aspektinə nəzər saldıqda görürük ki, BMT-nin açıqladığı mülki itkilər münaqişənin humanitar ölçüsünü ön plana çıxarır:
“2026-cı ilin ilk dörd ayında 815 mülki şəxs həlak olub, 4 174 nəfər yaralanıb. Bu rəqəmlər müharibənin yalnız hərbi texnika və canlı qüvvə ilə məhdudlaşmadığını, həm də minlərlə insanın həyatına son qoyduğunu göstərir.
Fikrimcə, hadisələrə Qlobal aspektən yanaşdıqda gələcək üçün ciddi nəticələr doğacağı danılmazdır. Ukrayna münaqişəsi artıq yalnız regional qarşıdurma deyil, qlobal siyasi, hüquqi və mənəvi böhrana çevrilib.
Enerji təhlükəsizliyi, iqtisadi balanslar, ideoloji düşərgələr və insan hüquqları məsələləri bu münaqişənin ayrılmaz hissəsinə çevrilib.
Münaqişə həm də beynəlxalq hüququn effektivliyini, diplomatiyanın güc nümayişinə alternativ olub-olmadığını və supergüclərin kiçik dövlətlərin suverenliyinə təsirini sual altına qoyur”.O bildirib ki, Ukrayna müharibəsi qlobal nizamın gələcəyini müəyyən edən sınaqdır:
“Hazırda, Ukrayna müharibəsi üç paralel xətt üzərində formalaşır: diplomatik inkar, hərbi statistika və humanitar böhran.
Bu üçlük münaqişənin mürəkkəbliyini daha da artırır və onu yalnız Avrasiyanın deyil, bütün dünyanın siyasi gündəminin mərkəzinə çevirir.
Fikrimcə, münaqişə həm keçmişin mirası, həm də gələcəyin sınağıdır. Bu beynəlxalq sistemin dayanıqlığını, hüququn gücünü və diplomatiyanın imkanlarını sınayan ən böyük çağırışlardan biridir.
Rusiya-Ukrayna münaqişəsi həm qlobal sabitlik üçün risk, həm də beynəlxalq nizamın gələcəyini müəyyən edən sınaq meydanı kimi hələ də davam edir, qalır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Rusiya Ukrayna Aydın Tağıyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.